-
- 22-06-2022, 13:09
- 506
Birinci sinif şagirdi beş yaşlı qardaşını güllələdi
Rusiyanın Orsk şəhərində yeddi yaşlı uşaq tapança ilə təsadüfən beş yaşlı qardaşını döş qəfəsindən yaralayıb.
Hadisə oyun oynayarkən baş verib.
Oyun üçün rekvizit olaraq, qardaşlar ögey atalarına məxsus əsl silahı götürüblər. Məlum olduğu kimi, oğlanlar çox çətinlik çəkmədən "Straj" revolverini şkafdan çıxarıblar. Onların 30 yaşlı ögey atası buranı silah saxlamaq üçün münasib yer hesab edib. Yeri gəlmişkən, o, silahı 2020-ci ildə mərhum qohumunun qarajında tapıb.
Hazırda yaralı oğlan reanimasiyadadır, artıq əməliyyat olunub. Mənbənin sözlərinə görə, hadisənin baş verdiyi ailədə biri əlil olmaqla 4 uşaq var. Faktla bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin regional bölməsi araşdırmalara başlayıb. /Milli.Az/