Sosial müavinətlərlə bağlı MÜHÜM XƏBƏR
    • 13-02-2024, 14:38
    • 322

Sosial müavinətlərlə bağlı MÜHÜM XƏBƏR

Bu ilin ilk ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 453 min nəfərə sosial müavinət, 395 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

News24.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz çox olmaqla 90 mln. manat, Prezident təqaüdləri üzrə 4 faiz çox olmaqla 57 mln. manat ödənilib.

2024-cü ilin yanvar ayında 15 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 587 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.