Azərbaycan ordusu raketləri işə saldı - FOTO - VİDEO
    • 18-04-2019, 11:16
    • 1 207

Azərbaycan ordusu raketləri işə saldı - FOTO - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin  döyüş hazırlığı planına uyğun olaraq cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüş atışlı məşğələləri keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, məşğələlər zamanı bölmələr marş icra etmə, cəmləşmə rayonlarına çıxma və digər tapşırıqları yerinə yetiriblər.

Raket və artilleriya bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərinə zərbələr endirməklə döyüş atışları icra ediblər.