Azərbaycan ordusunun raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib
    • 4-10-2018, 16:19
    • 971

Azərbaycan ordusunun raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlim mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən " verilən məlumata görə, bölmələrin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə gecə və gündüz vaxtlarında keçirilən təlimlərdə döyüş atışları icra olunub.
Şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.