Ordumuz cəbhədə döyüş atışları İCRA ETDİ - FOTO - VİDEO
    • 7-10-2019, 14:31
    • 669

Ordumuz cəbhədə döyüş atışları İCRA ETDİ - FOTO - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələri iriçaplı yaylım atəşli reaktiv sistemlərdən (YARS) praktiki atışlar icra ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, eyni zamanda səhra şəraitində müvafiq bölmələrin zabitləri ilə “Taktiki təlimlərin hazırlanması və keçirilməsi qaydaları” mövzusunda toplanış təşkil olunub.

Raket bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə zərbələr endirməklə qarşıya qoyulan məqsədlərə nail olublar.