-
- 13-02-2024, 18:15
- 166
Narkotik qəbul etdi, məktəbi yandırdı
Rusiyanın Bratsk şəhərində polis şəhərin Porojski rayonunda məktəbi yandırmaqda şübhəli bilinən şəxsi saxlayıb.
News24.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk öz Telegram kanalında məlumat verib.
Məlumata görə, şübhəlinin 39 yaşlı yerli sakin olduğu məlum olub. Həmin şəxs etiraf edib ki, yanğını narkotikin təsiri altında törədib.
Qeyd edək ki, hadisə fevralın 12-də baş verib. Mühafizəçi binanın üzlüklərindən tüstü çıxdığını görüb və yanğınsöndürənləri çağırıb. Yanğın lokallaşdırıllıb.
Mehriban Mirzəzadə