Qiymətlərdən narazı olan şagirdlər MƏKTƏBİ YANDIRDILAR
    • 6-12-2019, 17:28
    • 686

Qiymətlərdən narazı olan şagirdlər MƏKTƏBİ YANDIRDILAR

Afrikanın cənubundakı Durban şəhərində şagirdlər qiymətləndirmələrini ədalətsiz hesab etdikləri bir məktəbi yandırıblar.

News24.az "News24.com"a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın nəticəsində xəsarət alan olmasa da, məktəbə ciddi ziyan dəyib.

Milli Təhsil İdarəsinin nümayəndəsi Quasi Mtxetva, tələbələri zorakılığa əl atmamağa və vandalizmlə bağlı problemləri həll etməyə çalışmamağa çağırıb. Yerli polis hadisəni araşdırır.