-
- 13-02-2024, 19:06
- 214
Şagird məktəbin 3-cü mərtəbəsindən yıxıldı
Rusyanın Kazan şəhərində yerləşən məktəbdə 7-ci sinif şagirdi 3-cü mərtəbədən pəncərədən yıxılaraq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, bu barədə Tatarıstan Səhiyyə Nazirliyi bildirib.
Qeyd edək ki, hadisə fevralın 13-də səhər saatlarında 129 saylı məktəbdə baş verib. 13 yaşlı tələbənin pəncərədən necə düşərək yıxıldığı ilə bağlı isə araşdırma aparılır. Həkimlər gənc xəstənin vəziyyətini orta ağır qiymətləndirib.
Mehriban Mirzəzadə