TƏBİB məktəbin 3-cü mərtəbəsindən yıxılan şagirddən DANIŞDI
    • 7-09-2020, 16:43
    • 664

TƏBİB məktəbin 3-cü mərtəbəsindən yıxılan şagirddən DANIŞDI

"Bakıda məktəbin 3-cü mərtəbəsindən yıxılan IX sinif şagirdinin vəziyyəti hazırda ağır stabil qiymətləndirilir".

Bunu News24.az-a açıqlamasında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə, məktəbliyə qapalı kəllə-beyin travması, 12-ci döş fəqərəsinin sınığı və sol baldır sümüyünün açıq sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, bu gün Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdə IX sinifdə oxuyan qız 3-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.