-
- 13-02-2024, 20:45
- 4 250
Əhməd bacısını və onun azyaşlı övladını bu ünvanda öldürüb - Fotolar
Xəbər verdiyimiz kimi, bu gün Bakıda ata və anasını, o cümlədən qardaşını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun daha bir cinayəti məlum olub.
News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Əhməd Əhmədov qeyd olunan cinayət əməlini törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını da qətlə yetirib.
Hadisə Yeni Günəşlidə, “Şəms” rezidensdə baş verib.
Məlumata görə, Elmira Əhmədovanın həyat yoldaşı Rusiyada çalışır.