-
- 14-02-2024, 11:30
- 155
Kompüter oyununa görə komaya düşdü
Surqut sakini kompüter oyunu oynadıqdan sonra xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, bu barədə Surqut Tibbi Yardım Stansiyasından məlumat verilib.
Yaxınlarının dediyinə görə, kişi günorta saat üçə qədər kompüter arxasında olub. Eyni zamanda, arvad ərini uzanıb dincəlməyə razı salmağa çalışsa da, o, bundan imtina edib.
Bir müddət sonra rusiyalı baş ağrısı, qusma və qıcolmalardan şikayətlənib. Daha sonra huşunu itirib. Qohumları ona kömək etməyə çalışsalar da, kişinin vəziyyəti daha da ağırlaşıb.
Hadisə yerinə gələn həkimlər kişini xəstəxanaya yerləşdiriblər. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hazırda rusiyalı komadadır.
Mehriban Mirzəzadə