Azərbaycanlı MMA döyüşçüsü, “TT Fight” klubunun üzvü Nəriman Abbasov növbəti döyüşünə çıxacaq.

News24.az
xəbər verir ki, 10 gün sonra – aprelin 26-da Rusiyanın paytaxtı Moskvada “Fight Nights Global 93” döyüş proqramı çərçivəsində 10 döyüş keçiriləcək.

Bunların arasında 70 kq çəki dərəcəsində mübarizə aparan Nəriman Abbasovla qazaxıstanlı Kuat Xamitovun da döyüşü olacaq. Moskvanın “Mıtişi” arenasında keçiriləcək bu döyüşün qalibi turnirin çempion kəmərinə sahib çıxacaq.

Qeyd edək ki, Nəriman Abbasov 1994-cü ilin fevralın 1-də Qazaxıstanın Çimkənd şəhərində doğulub. 25 yaşlı idmançımız əvvəl karate və sərbəst güləşlə məşğul olub. Səkkiz yaşında ailəsi ilə Azərbaycana köçən Nəriman burada boks üzrə Azərbaycan çempionluğu tituluna yiyələnib. O, iki dəfə MMA üzrə dünya çempionu olub.

Onu da bildirək ki, Nəriman Abbasov peşəkar MMA-da 26 görüş keçirib və o, bunların yalnız üçündə məğlub olub. O, ardıcıl səkkiz görüşdür ki, qələbə qazanır. Nəriman 2017 və 2018-ci illərdə məğlubiyyət üzü görməyib. Hətta bir ara mətbuatda onun UFC-dən təklif aldığı da qeyd olunmuşdu.
İdmançımızın rəqibi təcrübəli idmançıdır. 31 yaşlı Kuat Xamitov Nəriman Abbasovdan bir döyüş az (25) keçirib.

O, bunlardan altısında məğlub olub, bir döyüş isə heç-heçə başa çatıb (yeri gəlmişkən, bu, onun sonuncu döyüşü olub – T.M).

Instagram

Teglər: Azərbaycan İdman Döyüş Rusiya
Kotanli