"Bu şəxslərin pensiya yaşı azaldıla bilər" - Deputat
    • 14-02-2024, 15:42
    • 195

"Bu şəxslərin pensiya yaşı azaldıla bilər" - Deputat

Gələcəkdə 3 və daha artıq övladı olan qadınların pensiya yaşı azaldıla bilər.

Bunu News24.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib.

Deputat qeyd edib ki, bu məsələ hər zaman gündəmdə olub:

"Yəni, üç və daha artıq uşağı olan qadınların pensiya yaşının azaldılması hər zaman müzakirə olunan məsələdir. Ancaq yaxın gələcəkdə bu qərarın qəbul edilməsini gözləmirəm. Hər bir halda hesablanmalı, baxılmalı və araşdırılmalıdır".

Günel Məlikzadə