Pensiya yaşı 55 OLARSA...– Nə qədər şəxs təqaüd ala biləcək? – RƏSMİ STATİSTİKA
    • 7-11-2023, 10:00
    • 409

Pensiya yaşı 55 OLARSA...– Nə qədər şəxs təqaüd ala biləcək? – RƏSMİ STATİSTİKA

Ölkəmizdə pensiya yaşının azaldılması tez-tez müzakirə olunan məsələlərdəndir. Pensiya yaşının yüksək olması cəmiyyətdə narazılıq doğuran amildir. Millət vəkilləri də bir neçə dəfə sosial islahatlar çərçivəsində pensiya yaşının azaldılmasını təklif ediblər. Zaman-zaman pensiya yaşının 55-60-a endirilməsi ilə bağlı cəmiyyətdə təkliflər səsləndirilir, müzakirələr gedir.  

Dövlət Statistika Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, son bir ildə 55-64 yaş aralığında olan 4439 qadın və 8245 kişi pensiya yaşına çatmadan dünyasını dəyişib.

 Dörd il ərzində Azərbaycanda orta pensiya 2,5 dəfə artıb

Yəni ümumilikdə 12684 nəfər pensiya yaşına çata bilməyib.  

Buradan belə aydın olur ki, əgər yaş həddi təklif edildiyi kimi 55 qədər azaldılarsa, ən yaxşı ehtimalla daha 12684 nəfər pensiya ala biləcək. 

Pensiya yaşını azaltmaqdansa...

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, pensiya yaşının azaldılması ilə yanaşı, məbləğlərin artırılması məsələsi öz həllini tapmalıdır: 

“Azərbaycanda təqaüd yaşı tez-tez müzakirəyə çıxarılır. Lakin daha vacib məsələ, təqaüdlərin az olmasıdır. Həmçinin təqaüd yaşına çatmadan rəhmətə gedənlərin Sosial Sığorta Fondunda yığılan vəsaitinin onların ailə üzvlərinə verilməsi problemlərdən biridir. 

Həyatını itirmiş insanların vəsaitlərinin ailələri tərəfindən alınması təmin olunmalıdır. Bu, qanunvericilikdə öz həllini tapmalıdır. Həmçinin təqaüd yaşının yox, məbləğlərinin artırılması yollarını tapmaq lazımdır. Bu məsələ həll olunduqdan sonra yaşla bağlı müzakirə aparıla bilər”.