-
- 15-02-2024, 10:45
- 232
Çin Toyota-ya müharibə elan etdi!
Asiyanın parlayan ulduzu olan Çin akkumulyator sektoruna böyük investisiyalar edir. Batareya istehsalı deyildikdə ağıla gələn ölkə bütün diqqəti cəlb edən bir addım daha atdı. Bu yaxınlarda Çin bərk cisimli batareya istehsalçılarından ibarət konsorsium yaratdı.
News24.az xəbər verir ki, Çin "All-Solid-State Battery Collaborative Innovation Platform" (CASIP) adlı konsorsium yaratdı. Burada bəzi böyük və dünya şöhrətli Çin şirkətləri iştirak edirdi.
Verilən məlumata görə, avtomobil şirkətləri BYD, Nio, CATL, CALP, Svolt Energy Technology, EVE Energy, Gotion High-tech və BYD -nin akkumulyator istehsalçısı FinDreams Battery bu konsorsiuma qatılıb.
Bu konsorsiumun məqsədi 2030-cu ilə qədər bərk cisimli akkumulyatorlar üçün tədarük zənciri yaratmaqdır. Bundan əlavə, CASIP əsas tədqiqatlar, əsas texnologiyalar və bərk cisimli akkumulyatorlu elektrik nəqliyyat vasitələrinin birgə inkişafı və istehsalı üzərində də işləyəcək.
Açıqlamalara görə, CASIP konsorsiumuna Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi, Elm və Texnologiyalar Nazirliyi, Dövlət Şurasının Aktivlərə Nəzarət və İdarəetmə Komissiyası və Milli Enerji Administrasiyasından dövlət üzvləri də daxil olacaq.
Çin bu konsorsiumla Toyota ilə daha çox rəqabət apara biləcək. Verilən məlumata görə, Yaponiya şirkətinin bərk cisim batareyaları üçün 1300-dən çox patenti var, Çin şirkətlərinin aldığı patentlərin sayı isə 100-ü keçmir. Bu kontekstdə, Çinin yeni addımlar atması ilə bərk cisim akkumulyator sənayesində rəqabət önümüzdəki illərdə ciddi sürət qazana bilər.
Günel Məlikzadə