Kremldən ABŞ-la bağlı açıqlama:
    • 15-02-2024, 15:37
    • 157

Kremldən ABŞ-la bağlı açıqlama: "SAXTAKARLIQDIR"

Peskov paytaxt Moskvada aktual mövzularla bağlı jurnalistlərə açıqlama verib.

News24.az xəbər verir ki, ölkəsinin kosmosa nüvə silahı yerləşdirməyi planlaşdırdığına dair Amerika mediasında əks olunan iddiaları dəyərləndirən Peskov bunun “saxtakarlıq” olduğunu bildirib.

Peskov deyib: "Ağ Ev bütün vasitələrlə Konqresə pul ayrılması ilə bağlı qanun layihəsini (Ukrayna, İsrail və Tayvana yardımı ehtiva edən dəstək paketi) təsdiq etməyə məcbur edir. Bu, göz qabağındadır".

Peskov mətbuat konfransında ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın məsələ ilə bağlı məlumat verməsini gözlədiklərini də bildirib.

Ölkəsinin Ukraynadakı "xüsusi hərbi əməliyyatı"nın davam edəcəyini bildirən Peskov əlavə edib ki, "Ukraynada əməliyyat konkret hədəflərlə başlayıb, lakin Qərb və NATO ilə müharibə olaraq davam edir. Bu səbəbdən əməliyyat lazım olandan daha uzun sürə bilər.  Lakin bu, əməliyyatın mənasını və nəticəsini dəyişə bilməz. Əməliyyatın məqsədinə nail olunacaq”.

Günel Məlikzadə