"Qalatasaray"ın 9 milyon avroluq xəyalı..
    • 15-02-2024, 15:48
    • 292

"Qalatasaray"ın 9 milyon avroluq xəyalı..

Mövsümün əvvəlində Yunus Akgünü Leicester City-yə icarəyə göndərən "Qalatasaray"ın müqaviləsində 8 milyon avroluq alış opsiyonu və 9 milyon avroluq məcburi alış opsiyonu var idi. Milli futbolçunun məcburi alış opsiyasının aktivləşməsi demək olar ki, mümkün deyil.

News24.az xəbər verir ki, 9 milyon avroluq məcburi alış opsiyasının aktivləşməsi üçün “Lester Siti” Premyer Liqaya yüksəlməli və Yunus Akgün ilk 11-də 25 matça çıxmalıdır. Komanda Premyer Liqaya doğru möhkəm addımlar alsa da, milli futbolçu indiyədək cəmi 8 matçda ilk 11-də yer alıb.

İngiltərə Kubokunda yolunu davam etdirən və Çempionatı ilk 2-likdə başa vura bilməyəcəyi təqdirdə pley-offda oynayacaq Leicester City-nin hazırda minimum 15 rəsmi oyunu qalıb. Məcburi alış opsiyasının aktivləşməsi üçün ilk 11-də daha 17 matça başlaması lazım olan Yunus Akgün üçün buna nail olmaq kifayət qədər çətin görünür.

Leicester City 9 milyon avroluq məcburi alış opsiyonu aktivləşdirilməsə, oyunçunun transfer haqqını normal alış opsiyonu ilə 8 milyon avroya ala bilər.

Günel Məlikzadə