Ərəblərdən 30 milyon avroluq TƏKLİF
    • 26-01-2024, 21:30
    • 191

Ərəblərdən 30 milyon avroluq TƏKLİF

“Yuventus”un futbolçusuna Səudiyyə Ərəbistanından cəlbedici təklif var.

News24.az Apasport.az-a istinadla xəbər verir ki, “Əl İttihad” 20 yaşlı cinah oyunçusu Matias Sulenin transferi üçün 30 milyon avro ödəməyə hazırdır.

Səudiyyə klubu futbolçunun özü ilə isə uzunmüddətli müqavilə imzalamağı düşünür. Hazırda icarə əsasında “Frozinone”nin şərəfini qoruyan

Argentinanın U-20 millisinin üzvü bu mövsüm 22 oyunda 9 qola imza atıb.

Qeyd edək ki. “Transfermarkt” portalı vingerə 25 milyon avro qiymət qoyub.