"Mercedes-Benz" hisslərini satıb
    • 15-02-2024, 17:45
    • 294

"Mercedes-Benz" hisslərini satıb

Mercedes-Benz orduya zirehli maşınlar da verən Rusiyanın ən böyük yük və avtobus istehsalçısı olan Kamazdakı paylarını satıb.

News24.az xəbər verir ki, Mercedes-Benz Rusiyanın yük maşını istehsalçısı Kamazdakı paylarını satıb

Mercedes-Benz sözçüsü tərəfindən verilən açıqlamaya görə, Rusiya-Ukrayna müharibəsinin başlamasından təxminən 2 il sonra Mercedes-Benz Group AG kommersiya avtomobili istehsalçısı Kamazdakı paylarını satıb.

Alıcı haqqında məlumat verilməsə də, satış əməliyyatının tamamlandığı bildirilib.

Onu da qeyd edək ki, Alman yük maşını istehsalçısı Daimler Truck Kamazda 15 faiz paya sahib idi. 2021-ci ildə Mercedes-Benz və Daimler Truck ayrıldıqdan sonra bu səhmlər qanuni olaraq Mercedes-Benz-ə keçdi.

Günel Məlikzadə