Xaçmazda TIR-la "Mercedes" toqquşub
    • 15-02-2024, 20:11
    • 154

Xaçmazda TIR-la "Mercedes" toqquşub

Gəndob-Yalama avtomobil yolunda, Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisindən baş verən qəza nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

News24.az APA-ya istinadla xəbər verir ki, qəza nəticəsində Üzeyir Novruzov aldığı xəsarətlərdən dünyasını dəyişib. Xəsarət alan Cavid Qonaqbəyov və Balakişi Məmmədova Xaçmaz rayon Mərkəzi Xəstəxanasında yardım göstərilib.

Onların vəziyyəti orta-ağır qiymətləndirilir.