Qubada iki avtomobil toqquşdu
    • 6-08-2023, 17:29
    • 182

Qubada iki avtomobil toqquşdu

Quba–Xaçmaz yolunda iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə yolun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 21012” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Yaralıya Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.