“Mercedes” və “KİA” toqquşdu, yaralılar var – FOTO
    • 24-06-2022, 01:20
    • 269

“Mercedes” və “KİA” toqquşdu, yaralılar var – FOTO

Bu gün axşam saatlarında Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə yolun Xaçmaz rayonunun Müşkür kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” və “KİA” markalı maşınların toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.