-
- 18-04-2019, 15:05
- 901
Şəkidə və Gədəbəydə Azot gübrəsinin səyyar satışı həyata keçirilib
Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayıllı, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ağstafa, Qusar, Xızı, Samux, Qax, Zaqatala, Balakən, Masallı, Lerik rayonlarının ardınca növbəti səyyar satış paralel olaraq iki qup olmaqla aprel ayının 17-də Şəkinin Başgöynük və Gədəbəyin ucqar sərhəd kəndlərindən biri olan Düzrəsullu kəndlərində baş tutub. Səyyar satışlar zamanı ümumilikdə 11,25 azot və 4,4 ton nitroammafoska gübrəsi satılıb.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.
Növbəti satış bu gün Qəbələnin Çuxurqəbələ, aprel ayının 19-da isə Şamaxının Qızmeydan kəndində təşkil edilcək.