-
- 15-02-2024, 21:49
- 287
İstefa verən erməni nazirə ittiham elan olundu
Ötən gün vəzifəsindən istefa verən Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyana qarşı ittiham elan olunub.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, o, gün ərzində İstintaq Komitəsində dindirildikdən sonra ona qarşı ittiham irəli sürülüb.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi İqtisadiyyat Nazirliyində aparılan axtarışlardan sonra 7 nəfəri saxlamışdı. Həmin şəxslər tender zamanı sui-istifadə hallarına yol verməkdə və kənd təsərrüfatı layihəsinin maliyyələşdirilməsindəki pozuntulara görə şübhəli bilinirlər. Saxlanılanlar arasında Ermənistan parlamentinin sədri Alen Simonyanın gəlini Ani Gevorkyan da olub. Daha sonra Gevorkyan yerini tərk etməmək barədə yazılı öhdəlik və zaminlik şərti ilə sərbəst buraxılıb.
Hazırda istintaq davam etdirilir.