"Əli Əsədov bu sahədə peşəkar kadrdır"
    • 16-02-2024, 10:36
    • 80

"Əli Əsədov bu sahədə peşəkar kadrdır"

"Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyən edən yol xəritəsi idi"

News24.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib: 

"Bu xəritədə də Azərbaycanın inkişaf perspektivləri, gələcəyi haqqında çox nikbin mesajlar verdi. Hesab edirəm ki, Azərbaycanın bundan sonra sosial-iqtisadi inkişafı ilə əlaqədar məsələlər, iqtisadiyyatın daha da dirçəldilməsi üçün qarşıda duran məsələlər onu deməyə əsas verir ki, Azərbaycanda güclü baş nazir olmalıdır. Hesab edirəm ki, Əli Əsədov bu sahədə peşəkar kadrdır. Onun baş nazir vəzifəsindəki 5 illik fəaliyyəti göstərir ki, yerində olan kadrdır".

Fərid Azəri