"Əhmədə görə taksi sürücüləri işləmədi" - İDDİA
    • 16-02-2024, 10:43
    • 272

"Əhmədə görə taksi sürücüləri işləmədi" - İDDİA

Əhmədə görə dünən taksi sürücüləri işləməyib.

News24.az xəbər verir ki, bunu İctimai Televiziyanın aparıcısı Vüsalə Məmmədova öz "Facebook" hesabında yazıb.

O bildirib ki, bütün taksi sürücüləri narkoloji testə göndərilib.

Həmin paylaşımı diqqətinizə çatdırırıq:

"Taksi sürücüsü deyir ki, Əhmədə görə dünən heç birimiz işləməmişik. Bütün sürücüəri narkoloji testə göndəriblər. Sürücünün sözlərinə görə, bir nəfər də gözü axa-axa əlində 70 manatla dayanmışdı...".

Mehriban Mirzəzadə