Bu ölkədə parlament istefaya getdi
    • 16-02-2024, 11:30
    • 100

Bu ölkədə parlament istefaya getdi

Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin birpalatalı parlamenti olan Milli Assambleyanın buraxılması haqqında fərman verib.

News24.az xəbər verir ki, bu barədə Küveytin KUNA dövlət agentliyi məlumat yayıb.

Sərəncamın mətninə əsasən, parlamentin buraxılmasına səbəb konstitusiya prinsiplərinin pozulması, habelə təhqiredici və nalayiq ifadələrin işlədilməsi olub. Parlament üzvlərinin konstitusiya prinsiplərini necə pozduğu və kimin ünvanına təhqiramiz ifadələr işlətdiyi göstərilmir.

Küveytdəki parlament digər Körfəz monarxiyalarındakı analoji institutlardan daha çox təsir gücünə malikdir, ona görə də siyasi sistemin sabitliyi ənənəvi olaraq hökumətin qanunverici və icraedici qollarının nə dərəcədə effektiv qarşılıqlı fəaliyyət göstərməsindən asılıdır. Ölkədə siyasi partiyaların fəaliyyəti qadağandır, lakin ictimai birliklər, o cümlədən müxalifət xarakterli birliklər var. Formal olaraq, deputatlığa namizədlər müstəqil namizəd kimi iştirak edirlər, lakin onların əksəriyyəti ictimai təşkilatların, dini icmaların və ya qəbilələrin maraqlarını təmsil edir.

Mehriban Mirzəzadə