"Oğru dünyası" ilə əlaqəli 6 nəfər saxlanıldı
    • 16-02-2024, 12:30
    • 168

"Oğru dünyası" ilə əlaqəli 6 nəfər saxlanıldı

Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları məhkəmənin qərarı ilə "Oğru dünyası" ilə əlaqəli Şida Kartlidə 6 nəfəri həbs ediblər.

News24.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumdan verilən məlumata görə, sözügedən şəxslər “oğrular aləmi”nə üzv olmaq, “oğrular toplantısında iştirak etmək”, “oğrular aləmi”nin fəaliyyətinə dəstək olmaq, “oğru dünyası"nın üzvünə müraciət etməkdə ittiham olunurlar.

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri intensiv istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, iki nəfər arasında birgə işlədikləri yerdə münaqişə yaranıb və sonradan fiziki qarşıdurmaya çevrilib.

Saxlanılan şəxslər münaqişəni “oğru dünyası”nın qaydaları ilə həll etmək qərarına gəliblər və kriminal avtoritetlərə müraciət ediblər, bundan sonra müttəhimlər arasında “oğru məhkəməsi” təşkil olunub.

Təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərinə baxış nəticəsində onların bir-biri ilə və xaricdəki “qanuni oğru”larla əlaqə saxladıqları kompüter avadanlığı və mobil telefonlar maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxsləri 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.