-
- 16-02-2024, 15:33
- 533
Navalnı həbsxanada öldü - VİDEO
Rusiyalı müxalifətçi Aleksey Navalnı həbsxanada dünyasını dəyişib.
News24.az xəbər verir ki, Navalnı gəzintidən sonra özünü pis hiss edib, demək olar ki, dərhal huşunu itirib. Ona bütün lazımi reanimasiya tədbirləri görülsə də, müsbət nəticə verməyib.
Təcili yardım həkimləri siyasətçinin ölümünü təsdiqləyiblər.
Qeyd edək ki, Aleksey Navalnı qan laxtalanması səbəbindən islah koloniyasında dünyasını dəyişib. Federal Penitensiar Xidmət Navalnının öldüyü Yamal-Nenets Muxtar Dairəsindəki koloniyaya komissiya göndərir.
Onu da xatırladaq ki, onun 47 yaşı var idi.
Günel Məlikzadə