Dünyanın ən cəlbedici dili məlum oldu
    • 16-02-2024, 16:06
    • 235

Dünyanın ən cəlbedici dili məlum oldu

6 min insanla aparılan sorğu nəticəsində dünyanın ən "seksual" dili müəyyən edilib.

News24.az xəbər verir ki, 2017-ci ildə 15 min nəfərin iştirak etdiyi dil öyrənmə platforması tərəfindən aparılan sorğuda fransız dili “ən seksual” dil seçilib.

Eyni platforma araşdırmanı yenilədi və bu dəfə İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya və ABŞ-dan olan 6 min insana ən seksual, ən romantik və nəzakətli dillər haqqında sorğu keçirib.

Sorğuda iştirak edənlərin əksəriyyəti ən seksual və romantik dil olaraq italyan dilini seçib.

Dil platformasının müəllimi Noel Wolf Daily Mail-ə verdiyi açıqlamasında: "İtalyan dilinin cəlbediciliyinə töhfə verən müəyyən xarakterik xüsusiyyətlər var. İtalyanca danışarkən yaşanan yüksəlişlər və enişlər musiqi keyfiyyəti yaradır və bəzi insanlar bunu cəlbedici hesab edirlər" deyə bildirib.

Tədqiqat iştirakçıları "ən nəzakətli" dil olaraq Britaniya ingiliscəsini, alman dilini isə "ən birbaşa dil" olaraq seçiblər.

Tədqiqat həmçinin fərqli ana dillərində danışan cütlüklərin bir-birinə yanaşmalarını da araşdırıb.

Sorğuda iştirak edən britaniyalıların 70 faizi bildirib ki, tərəfdaşlarının ana dilini öyrənmək onların emosional bağlarını gücləndirir.

London Universitet Kollecindən linqvistik ekspert Patti Adank qeyd etdi ki, doğma ingiliscə danışan insanlar tez-tez fransız və italyan kimi dillərin melodiyasına qapılırlar.

Günel Məlikzadə