Bakıda seksual manyak peyda olub: Polis onu axtarır...
    • 15-05-2023, 15:25
    • 204

Bakıda seksual manyak peyda olub: Polis onu axtarır...

Bakıda seksual manyak peyda olub. 

News24.az lent.az-a istinadən xəbər verir ki, polisə müraciət edən Zabrat qəsəbəsindən olan bir qadın qəsəbə ərazisində yerləşən idman meydançasında naməlum kişinin onun 7 yaşlı oğluna qarşı seksual xarakterli hərəkətklər etdiyini bildirib. 

Daxil olan şikayət əsasında Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsi tərəfindən araşdırmalar başlanıb.

Hazırda polis azyaşlıya qarşı seksual hərəkətlər edən şəxsin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.