-
- 16-02-2024, 18:39
- 315
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişmədi
Bankdan verilən açıqlamada ölkədə inflyasiya azalmağa başlasa da, hələ də yüksək səviyyədə qaldığı bildirilib.
News24.az xəbər verir ki, il sonu inflyasiyanın 4-4,5% arasında olması gözlənildiyi ifadə edilərkən, Rusiya iqtisadiyyatının 2023-cü ildə 3,6% ilə gözləntilərin üzərində böyüdüyünə diqqət çəkilib.
Açıqlamada daxili tələbatın məhsul və xidmətlərin istehsal gücünü aşmağa davam etdiyi bildirilərək, "Rusiya Mərkəzi Bankı siyasət faiz dərəcəsini 16% səviyyəsində sabit saxlamağa qərar verdi" ifadəsi işlədilib.
Həmçinin, Bankın izləyəcəyi pul siyasətinin inflyasiyadakı enişi möhkəmləndirməyə davam edəcəyi vurğulanıb.
Xatırladaq ki, Rusiya Mərkəzi Bankı son dəfə 2023-cü ilin dekabrında uçot dərəcəsini 100 baza bəndi artıraraq 16 faizə çatdırıb.
Günel Məlikzadə