İlon Mask ABŞ hakimiyyətini senzurada ittiham etdi
    • 17-02-2024, 09:10
    • 206

İlon Mask ABŞ hakimiyyətini senzurada ittiham etdi


“Amerika vətəndaşları ABŞ-da hökumət senzurasının gücünü uzaqdan belə başa düşmürlər”.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask sahibi olduğu “X” sosial şəbəkəsində bildirib.

“Cəmiyyət hələ də senzura dövlət-sənaye kompleksinin gücünün cüzi bir hissəsini belə dərk etmir. Proqnozlaşdırıldığı kimi, bu platformada (“X” sosial şəbəkə - Qeyd) senzura aradan qaldırıldıqdan sonra şirkətlərim və mən davamlı hücumlara məruz qaldıq. Onlar məni dayandırmaq üçün nə qədər irəli gedəcəklər?”, - deyə o qeyd edib.

Belə ki, milyarder amerikalı sahibkar Devid Saksın postuna münasibət bildirib.

Devid Saks bildirib ki, söz azadlığı və siyasi təqiblərdən azad olduğu üçün Amerika Birləşmiş Ştatlarında yaşamaqdan məmnundur. Lakin demokratlar hər gün bu hüquqları pozmağa çalışır.