Bu avtomobillər bahalaşdı
    • 20-10-2023, 14:25
    • 162

Bu avtomobillər bahalaşdı

"Tesla" ABŞ-da satışa çıxarılan "X Plaid" modelinin qiymətini 5 min dollar artırıb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, "Tesla" qiymət endirimlərindən sonra yenidən artım qərarı verib. "X Plaid" modelinin qiyməti ABŞ-da 89 min 990 dollardan 94 min 990 dollara yüksəlib.

İş adamı İlon Maskın qiymət endirimləri tələbini qoruya bildiyini, lakin faiz dərəcələrinin avtomobilləri əlçatmaz hala gətirəcəyindən narahat olduğunu bildirməsindən sonra qiymət artımları edilib.

Mask bildirib ki, yüksək faiz dərəcələrinə və qiymət endirimlərinə baxmayaraq, Model Y SUV-nin qiyməti demək olar ki, dəyişməz qalıb.