Ermənistan Rusiyada keçirilən oyunlardan imtina etdi
    • 17-02-2024, 23:00
    • 359

Ermənistan Rusiyada keçirilən oyunlardan imtina etdi

Ermənistan Rusiyada keçirilən “Gələcəyin Oyunları - 2024” beynəlxalq turnirində iştirak etməyəcək.

News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin gənclər idman idarəsinin rəhbəri Artur Sedrakyan məlumat verib.

Onun sözlərinə görə, ölkə oyunlara dəvət alıb, lakin qeydiyyatdan keçməyiblər. 

Fevralın 21-dən martın 3-dək Kazanda “Gələcəyin Oyunları” figital turniri keçiriləcək.