Türkiyədə avtobus qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb
    • 18-02-2024, 11:35
    • 140

Türkiyədə avtobus qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb


Türkiyədə ağır yol qəzası baş verib.

News24.az “Report”a istinadən məlumatına görə, hadisə Adananın Yüreğir rayonunda qeydə alınıb. Belə ki, təsərrüfatı işçilərini daşıyan avtobusun səkiyə çırpılaraq aşması nəticəsində 15 nəfər yaralanıb.

Hadisə yerinə polis, təcili yardım və xilasedicilər cəlb edilib.

Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara çatdırılıb. Onların həyati üçün təhlükənin olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.