Xaçmazda ağır qəza - 5 nəfər xəsarət aldı
    • 18-02-2024, 13:49
    • 102

Xaçmazda ağır qəza - 5 nəfər xəsarət aldı

Xudat-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Ləcət kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən bildirir ki, "VAZ 2190" və "Volkswagen" markalı avtomobillərin toqquşması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan Nazim Əmrahov, Fariz Əmrahov, Muradxan Adışirinov, Murad Adilxanov və Nasir Əhmədxanov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.