Azərbaycanda ağır qəza - 5 nəfər xəsarət aldı
    • 5-02-2024, 11:09
    • 125

Azərbaycanda ağır qəza - 5 nəfər xəsarət aldı

Quba-Qusar yolunun Quba rayonunun Xucbala kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən bildirir ki, "VAZ 2109" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ağır xəsarətlər alıb. Xəsarət alanlar - 1979-cu il təvəllüdlü Zülfüqarov Elzamin Seyfulla oğlu, 1989-cu il təvəllüdlü Balayev Nurlan Cavanşir oğlu, 1985-ci il təvəllüdlü Əlixanov Elnur Ərəstun oğlu, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu və 1980-ci il təvəllüdlü Süleymanov Qahir Asəf oğlu Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.