Van Deyk rekordçu oldu
    • 18-02-2024, 15:55
    • 86

Van Deyk rekordçu oldu


Müdafiəçi Vircil van Deyk “Liverpul”da 250-ci oyununu keçirib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, futbolçunun yubileyi Premyer Liqanın 25-ci turunun “Brentford”la matçına (4:1) təsadüf edib. Oyunların sayına görə o, aktiv futbolçular arasında 12-ci yerdədir.

“Liverpul”un mətbuat xidmətinin məlumatına görə, van Deyk Mersisayd klubunda keçirdiyi ilk 250 matçda qələbə sayına görə (171) yeni rekorda imza atıb.

Qeyd edək ki, Van Deyk komandada olduğu müddətdə 21 qol vurub və 7 kubok qazanıb.