Naxçıvanda intensiv yağış yağdı, evləri su basdı
    • 18-02-2024, 20:29
    • 193

Naxçıvanda intensiv yağış yağdı, evləri su basdı

Naxçıvan şəhərinə yağan intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb.

News24.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən bildirilib 

Məlumata görə, bəzi fərdi evlərin və həyətyanı sahələrə su dolub və fəsadların aradan qaldırılması istiqamətində nazirliyin qüvvələri tərəfindən zəruri tədbirlər görülüb.

Belə ki, müvafiq ərazilərə Mülki Müdafiə Alayın qüvvələri cəlb olunub. Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilir.