Mbappenin yeni ünvanı AÇIQLANDI
    • 19-02-2024, 11:41
    • 194

Mbappenin yeni ünvanı AÇIQLANDI

Paris Saint-Germain-in bütün israrlarına və yüksək maaş təklifinə baxmayaraq, Kilian Mbappenin Real Madridə üstünlük verdiyi iddia edilib.

News24.az xəbər verir ki, Mbappe Real Madrid ilə bütün məsələlərdə razılığa gəlib. Fransız ulduz yay transfer dövründə bənövşəyi-ağ-qaralar üçün rəsmi müqavilə imzalayacaq.

Xəbərdə Real Madridin bazar dəyəri 180 milyon avro olaraq göstərilən Mbappe ilə 5 illik müqavilə imzalayacağı da bildirilib.

Kilian Mbappe "Paris Saint-Germain" forması ilə indiyədək 291 matçda meydana çıxıb. 25 yaşlı futbolçu bu matçlarda 244 qol vurub, 105 məhsuldar ötürmə edib.

Günel Məlikzadə