Mbappedən gözlənilməz QƏRAR
    • 14-10-2023, 19:21
    • 380

Mbappedən gözlənilməz QƏRAR

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe komandadan ayrılması barədə qərarını hələ verməyib.

News.az xəbər verir ki, o, Paris təmsilçisi yeni müqavilə bağlaya biləcəyini istisna etməyib.

Məlumata görə, Mbappe PSJ-də qalıb-qalmaması ilə bağlı son qərarı nə vaxt verəcəyini planlaşdırıb. İddia edilir ki, Fransa klubu Mbappe ilə razılığa gəlib. O, qalmağı düşündüyünü etiraf edib və ayrılacağı təqdirdə PSJ-nin transfer haqqı alacağına söz verib.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatlır.