Aygün Bəylərin bacısı DANIŞDI:
    • 19-02-2024, 13:12
    • 521

Aygün Bəylərin bacısı DANIŞDI: "Çox heyif... " - VİDEO

"Son günlər mən bacım Aygün Bəylərin yanında olduğum üçün bu günki gün onun haqda danışmaq və o sözləri ifadə etmək, həm də danışmaq çox çətindir. Sadəcə bir söz demək istəyirəm ki, çox heyif... Biz tək Aygünü itirmədik, onu bütün xalq, Bakının bütün kəndləri, bizim kəndimiz itirdi".

News24.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri mərhum Əməkdar artist Aygün Bəylərin böyük bacısı Aynur Hümbətova "Bakı gündəliyi" verilişinə müsahibəsində deyib.

Sənətçinin bacısı ailədə onunla olan münasibətlərdən söz açıb. Aynur bildirib ki, Aygün bacılarına bacı yox ana olub:

"Düzdür, bunu efirlərdə deməsə də o hər zaman bizim qayğımıza qalan, halımıza yanan olub.

Böyük kimi böyük, kiçik kimi isə kiçik olub. Ailədə bizə heç zaman fərq qoymayıb. Deməyib ki, mən böyük bacıyam, sən ortancıl bacısan, ya da ki kiçik bacısan. Amma hər birimiz onun yolu ilə addımlamışıq".

Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 7-si, gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.