Gənc əsgərlər üçün növbəti kurs keçirilir
    • 19-02-2024, 14:38
    • 89

Gənc əsgərlər üçün növbəti kurs keçirilir

Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda "Tankların və döyüş maşınlarının heyətlərinin hazırlanması kursu" keçirilir.

News24.az MN-ə istinadən xəbər verir ki, mexanik-sürücü və tuşlayıcı-operator ixtisasları üzrə gənc əsgərlərin cəlb edildiyi kursda şəxsi heyət tank və müxtəlif təyinatlı döyüş maşınlarının təbii və süni maneələri dəf edərək idarə olunması üzrə tapşırıqları icra ediblər.

Hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən kursda bütün növ şərait yaradılıb.