-
- 19-04-2019, 09:59
- 3 284
Paltar “şpilkası”, qorilla, Koroğlu – Və ya Xaçmazdan Madridə neçə kilometrdir? SƏBUHİ MƏMMƏDLİ YAZIR
Xaçmaz Azərbaycanda yeganə şəhərdir ki…Yox, elə deyil. Xaçmaz dünyada bəlkə də yeganə şəhərdir ki, burda Şah İsmayılın da heykəli var, çəngəlin də. Koroğlunun da heykəli var, lampanın da. Burda adına «Şəxsiyyətlər muzeyi» deyilən və Azərbaycanın tanınmış simalarına qoyulmuş büstlərlə dolu park da var, müxtəlif heyvanların heykəlləri ilə bəzədilmiş park da. Yeri gəlmişkən, hər iki park bir-birinin böyründədir.
Xaçmazlı dostumuz Akif müəllim deyir ki, bütün bu heykəlqoyma mərasimi Şəmsəddin Xanbabayevin icra başçısı qoyulmasından sonra başladı. News24.az Xaçmazdan maraqlı reportajı təqdim edir.
- Əvvəllər Xaçmazı Azərbaycanın şimal qapısı adlandırırdlar, indi heykəllər şəhəri.İnanmayacaqsınız, amma Xaçmazdakı heykəllərin sayı artıq 100-ü keçib. Kimin ağlına nə gəlir, gəlib Xaçmazda heykəl ucaldır. Ay qurban olum, şpilkaya da heykəl qoyarlar?
Hə, Akif müəllim zarafat eləmir. Bu rayonda şpilkaya da heykəl qoyulub. Özü də düzün ortasında yerləşən, amma “Çənlibel” adlı parkda.
Hə, Şpilka, qorilla, çaydan, samovar, zürafə daha nə bilim nələr Xaçmazın vizit kartıdır. Qorilla ilə dəvə karvanının, dəvəquşu və Koroğlunun əlaqəsi haqda hansısa bir tarixi bağlılıq olmasa da, rayonun girişində eyni ərazidə belə heykəllərin bolluğudur. Bu xaotik mənzərəni bir kimsə və heç bir məntiqlə izah edə bilməz.
Düzdür, etiraf edək ki, Xaçmazın abidələri təkcə şpilka və heyvanlardan ibarət deyil. Xaçmazda Azərbaycanın heç bir şəhərində, hətta Bakıda belə olmadığı qədər tarixi şəxsiyyətin abidəsi var. Şəhərdə Koroğlunun abidəsi var. Xaçmazın Xudata doğru çıxışında isə Babəkin, Cavanşirin, Şah İsmayıl Xətainin at belində abidələri gələn-gedəni salamlayır.
Bütün bunlardan əlavə Xaçmazın tam da içində Azərbaycanın (bəlkə də dünyanın) heç bir yerində olmayan bayaq adını çəkdiyimiz “Şəxsiyyətlər muzeyi” var. Bu, açıq hava altında möhtəşəm bir mənzərədir. Həmin parkda Bəşir Səfəroğlu, Nəsibə Zeynalova kimi nəhəng sənət adamlarından tutmuş Nizami, Nəsimi, Səməd Vurğun kimi ədəbiyyat nəhənglərinin abidə-büstləri bu muzeydə yer alır. Qurban Pirimov, Xan Şuşinski, Habil Əliyev, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Bülbül, Hacıbaba Bağırov, Əliağa Ağayev, Lütfəli Abdullayev, Niyazi, Qara Qarayev və adını çəkmədiyim neçə-neçə sənət və ədəbiyyat nəhənginin büstləri qoyulub. Şəhərin başqa bir səmtində Hacı Zeynalabdin Tağıyevin abidəsi də yer alır.
Ən maraqlı və məntiqsiz məqam isə Xaçmaz rayon İcra Hakimiyyətinin binası önündəki parkdadır. Burada insan abidəsinə rast gəlinmir. Park başdan-başa vəhşi heyvanların, müxtəlif quşların heykəlləri ilə doludur. Nə səbəbdən, niyə belə edilib, Xaçmazda heç kim bunu bilmir.
Rayonun çıxışında paytaxt Bakıya qədər olan məsafəni göstərən lövhə vurulmayıb. Amma neynirsiz Bakını, Avropa şəhərlərinə qədər olan məsafəni göstərən istiqamət lövhələri vurulub ki. Xaçmazdan Madridə, Londona, Parisə və Romaya olan məsafəni göstərən lövhələrin nəyə lazım olduğu da bəlli deyil. Ona görə də, vətəndaşlar tərəfindən də birmənalı qarşılanmayıb.
Deyilənə görə, icra başçısı Şəmsəddin Xanbabayevin göstərişi ilə bu yaxınlarda şəhərin girişə qoyulan “telefonçu qız” heykəli sakinlərin qəzəbinə səbəb olmuşdu. Mətbuatda bu barədə məlumat getdikdən sonra icra başçısı həmin heykəli oradan götüzdürmüşdü.
Xaçmaz şəhərinin giriş hissəsində yerləşən “Çənlibel” isə bir başqa aləmdir. Təsəvvür edin, parkın ərazisi əvvəl 6 hektar olub, sonradan 10 hektaracan artırılıb. “Çenlibel” parkında süni çaylar yaradılıb və onların üzərində 20-yə yaxın körpü inşa olunub. Bundan əlavə, parkda 16 metr hündürlüyündə Azərbaycanın xalq qəhrəmanı Koroğlunun möhtəşəm abidəsi qoyulub. Koroğlunun heykəli və onun dəlilərinin mozaikalı daşlardan hazırlanan rəsmləri yaradılıb. Ətraf isə heyvan heykəlləri ilə doludur.
Yəni fikirləşəcəksiz ki, əsil istirahət parkıdır. Yox, tələsməyin. Maraqlısı odur ki, ətraf yaşıllıq olsa da ənənəvi olaraq burada da bütün parklarımızda olduğu kimi yaşılıqda oturmaq olmaz. Avropanın sivil ölkələrindən fəqli olaraq bizdə yaşıllıq elə bil ancaq baxmaq üçündür. Parkda olanlar həm də düşünməyə vaxt tapırlar. Çünki insafən bir çox heykəllər adamı xəyallara aparır, insanda fantaziyalar oyadır. Məsələn, böyük ölçüdə paltar şpilkasının, hind tacirinin, parkın yaxınlığındakı lampa piltəsinin, samovarın, çaynikin, çəngəlin, yerə basdırılmış qılıncın bir-biri ilə nə əlaqəsi olduğunu düşündükcə bu parkı salanların fantaziyasına qibtə edirsən… Və ilk ağlına gələn də bu olur: Görəsən niyə?
Səbuhi MƏMMƏDLİ