Azərbaycanlı rejissor: “Leyla xaçmazlı olduğu üçün ordan start götürdük”
    • 20-02-2019, 18:15
    • 1 171

Azərbaycanlı rejissor: “Leyla xaçmazlı olduğu üçün ordan start götürdük”

Martın 7-si Xaçmaz rayon Heydər Əliyev Mərkəzində rejissor Nail Naiboğlunun “Sarı gəlin” adlı yaradıcılıq konserti baş tutacaq.

News24.az- xəbər verir ki, Xaçmaz rayon İcra Hakimiyyəti və iş xanımı Leyla Misirovanın təşkilatçılığı ilə keçiriləcək konsertdə estrada ulduzları iştirak edəcək.

Bir müddətdir Leyla Misirova ilə işbirliyi quran N.Naiboğlu konsertlə bağlı fikirlərini açıqlayıb:

“Bakıda baş tutan “Gülüm” konsertində söz vermişdim ki, Azərbaycanın bölgələrində də bu tip konsertlər keçirəcəm. Leyla xanım xaçmazlı olduğu və öz ata yurdunda musiqili gecə təşkil etmək istədiyi üçün düşündüm ki, elə Xaçmazdan başlayaq. Xaçmaz rayon rəhbərliyi də istəyimizi reallaşdırdı”.

Teymur MƏMMƏDOV