“Yeni müharibə olacaq, bu istiqamətdə başlayacaq”
    • 19-02-2024, 23:00
    • 380

“Yeni müharibə olacaq, bu istiqamətdə başlayacaq”

Yaxın gələcəkdə Ermənistan yeni müharibə ilə üzləşəcək.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın yanlış siyasəti Azərbaycanla müharibəyə səbəb olacaq.

“Ermənistanı yeni itkilər və faciələr gözləyir. Müharibənin baş verəcəyi coğrafiya Sünik (Zəngəzur), mövzu dəhlizdir”, - Zakaryan bildirib.

Sabiq nazir müavini iddia edir ki, Ermənistan müharibədən sonra növbəti kapitulyasiya paketini imzalamağa məcbur qalacaq.