"Müharibə olmayacaq"- İranlı nazir
    • 13-09-2023, 12:59
    • 221

"Müharibə olmayacaq"- İranlı nazir

İranın müdafiə naziri Məhəmməd Rza Aştiani Azərbaycan və Ermənistan arasında yeni müharibə ehtimalını istisna edib.

News24.az xəbər verir ki, bu barədə "Tasnım" agentliyi məlumat yayıb.

Aştiani jurnalistlərə Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalını şərh edərkən deyib: "Biz regionda heç bir müharibənin başlamayacağına inanırıq".

Eyni zamanda, nazir vurğulayıb ki, Tehran region ölkələrində sərhədlərin dəyişdirilməsini bəyənmir. "Biz inanırıq ki, yaxın gələcəkdə regionda ciddi heç nə olmayacaq", - o əlavə edib.

Aydan