Ramil Şeydayevin komandası baş məşqçisi ilə yollarını ayırıb
    • 19-02-2024, 17:43
    • 192

Ramil Şeydayevin komandası baş məşqçisi ilə yollarını ayırıb

Türkiyə 1-ci Liqa komandası olan "Kocaelispor"da çıxış edən azərbaycanlı futbolçu Ramil Şeydayevin klubu baş məşqçi Ərtoğrul Sağlam ilə müqaviləyə xitam verilib.

News24.az Apasport.az-a istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, Ərtoğrul Sağlam və komandası ilə yollar qarşılıqlı şəkildə ayrılıb.

Xatırladaq ki, Ərtoğrul Sağlam 2023-cü ilin iyun ayından komandaya rəhbərlik edir.

Qeyd edək ki, "Kocaelispor" bu mövsüm liqada 23 matça çıxıb. Yaşıl-qaralar bu görüşlərdə 13 qələbə, 4 heç-heçə və 6 məğlubiyyətlə 43 xal toplayıb.