Fuad Qəhrəmanlının qızına hücum edənə 15 sutka cəza - QƏRAR
    • 18-04-2019, 20:01
    • 941

Fuad Qəhrəmanlının qızına hücum edənə 15 sutka cəza - QƏRAR

Xəbər verdiyimiz kimi AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum edən Tural Qarayev saxlanılıb.

News24.az xəbər verir ki, T. Qarayev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması, hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Yasamal rayon məhkəməsinin qərarı ilə Tural Qarayev törətdiyi əmələ görə 15 sutka müddətində azadlıqdan məhrum edilib.